Aktuari kurslarının ilk mərhələsinə start verilir

Bildiyiniz kimi ölkəmizin maliyyə sistemində, xüsusilə sığorta sahəsində ixtisaslı aktuarilərə böyük ehtiyac duyulmaqdadır. Aktuari işi üzrə dövlət və qeyri-dövlət müəssisələrində kifayət qədər vakansiya olmasına baxmayaraq bu vakansiyalara müvafiq ixtisaslı aktuarilərin sayı kifayət qədər azdır.

Bütün bunları nəzərə alaraq inkişaf etmiş beynəlxalq praktikaya uyğun aktuari hesablamaları kursuna start verilir.

İlk kurs olan Exam P (probability) imtahanına hazırlıq kursuna başlanılması nəzərdə tutulur. Kursun dərs materialı əsasən ingilis dilində olsa da dərslər Azərbaycan dilində keçiriləcəkdir. Yekun imtahan Azərbaycan dilində olacaqdır. Həmçinin arzu edənlər 6 yanvar 2017-ci il tarixdə SOA-nın (Society of Actuaries) imtahanına qatıla bilər. Dərslər peşəkar müəllimlər tərəfindən tədris ediləcəkdir.

Kursda riyazi təfəkkürü daha yüksək olanların iştirakı arzuolunandır. Bu məqsədlə 18-19 oktyabr tarixlərində riyazi təfəkkürü yoxlamaq üçün riyazi testlər ilə sınaq imtahanı keçiriləcəkdir. İmtahanda daha yüksək nəticə göstərən tələbə və magistrlərin kursda iştirak haqlarına əhəmiyyətli dərəcədə güzəşt ediləcəkdir.

Kursda iştirak etmək istəyənlərdən xahiş olunur ki, 
saytda və ya g.a.aliyev@gmail.com ünvanına yazmaqla qeydiyyatdan keçsinlər. Suallarınız olduqda yazaraq və ya saytda göstərilən nömrəyə zəng vuraraq çəkinmədən verməyiniz xahiş olunur.

Kurs Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəyi ilə keçirilir.

> Kursun yeri, vaxtı və iştirak haqqı barədə əlavə məlumat veriləcəkdir.

2016-10-12

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Aktuar riyaziyyatının R proqramında əsasları” mövzusunda təlim keçirilmişdir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Aktuar riyaziyyatının R proqramında əsasları” mövzusunda 15-19 may 2017-ci il tarixlərind...Ətraflı

2017-05-19

Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəyi ilə aktuarilərə "Sığorta tariflərinin hesablanması və təsnifləşdirilməsi üzrə GLM modeli nəzəriyyədə və təcrübədə” kursu keçirilmişdir.

20-24 fevral 2017-ci il tarixlərində Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəyi ilə aktuarilərə "Sığorta tariflərinin hesablanması və təsnifləşd...Ətraflı

2017-02-24

Aktuari tədris proqramının ilk kursu olan Ehtimal nəzəriyyəsi kursunun yekun imtahanı (Exam P) keçirilmişdir.

Aktuari tədris proqramının ilk kursu olan Ehtimal nəzəriyyəsi kursunun yekun imtahanı (Exam P) keçirilmişdir. Yekun imtahanda 19 nəfər iştirak etmiş, ...Ətraflı

2017-01-28

Aktuar tədris proqramı üzrə aktuarilərə keçirilən İqtisadiyyat kursunun yekunu imtahanı keçirilmişdir.

Aktuar tədris proqramı üzrə aktuarilərə keçirilən İqtisadiyyat kursunun yekunu imtahanı keçirilmişdir. Yekun imtahanda 20 nəfər iştirak etmiş, 13 nəfə...Ətraflı

2016-12-11

Exam P-ə hazırlıq kursu haqqında ətraflı məlumat açıqlandı

Bildiyiniz kimi (http://actuary.az/az/news/view/19) exam P kursuna başlanılır. . ....Ətraflı

2016-10-14