Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəyi ilə aktuarilərə "Sığorta tariflərinin hesablanması və təsnifləşdirilməsi üzrə GLM modeli nəzəriyyədə və təcrübədə” kursu keçirilmişdir.

Kursda Maliyyə Bazarlarına Nəzarət Palatasının, sığorta və təkrarsığorta şirkətlərinin aktuariləri, həmçinin müxtəlif universitet və inistitutların riyaziyyatçılarından ibarət 24 nəfər iştirak etmişdir.

Kursun təlimçisi Maliyyə Nazirliyinin baş məsləhətçisi Gündüz Əliyev olmuşdur.

Kurs aktuarilərə sığorta haqlarının qiymətləndirilməsi üzrə praktiki və nəzəri biliklər verməklə yanaşı, bu və digər hesablamaların daha peşəkar proqram təminatında istifadəsinə stimul vermişdir.

Kursda aktuarilər tariflərin hesablanması və təsnifləşdirilməsi (sinifləndirliməsi) üzrə bütün dünyada ən çox tətbiq edilən GLM modelini və R proqram təminatında modelin tətbiqini bilib, satılan məhsulların maya dəyərini asanlıqla qiymətləndirmək üçün biliklər əldə etmişlər.

Bu gün bir çox sığorta növləri və həmin növlər üzrə alt kateqoriyalar üzrə sığorta məhsulları satılır. Həmin sığorta məhsullarının maya dəyərinin dəqiqliklə hesablanması üçün müasir yanaşmaların öyrənilməsi olduqca vacibdir. Günümüzdə hətta elə hallar var ki, sığortaçılar hər hansı sığorta məhsulunu bilmədən bazar dəyərindən belə aşağı qiymətə satırlar və ya çox baha satırlar ki, nəticədə sığortalının o məhsulu almaqdan imtina etməsinə və ya könülsüz almasına səbəb olur. Sığorta haqlarının hesablanması və təsnifləşdirilməsi (sinifləndirliməsi) üzrə bütün dünyada ən çox tətbiq edilən GLM modelini və avropa aktuarilərinin istifadə etdiyi R proqram təminatında modelin tətbiqi satılan məhsulların maya dəyərini daha həqiqətəoxşar şəkildə hesablamağa gətirib çıxarır. Bu model vasitəsi ilə həmçinin “excess of loss” təkrarsığorta üzrə net tarifin hesablanması mümkündür. Kurs vasitəsi ilə aktuarilər nəzəriyyədə öyrəndiyi bir çox mövzuların praktikada işləmə qaydasına da yiyələnmiş olundular.

2017-02-24

Aktuari tədris proqramının III mərhələsi olan “Aktuar modellərin qurulması və qiymətləndirilməsi” mövzusunda kurs keçirilir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Aktuar modellərin qurulması və qiymətləndirilməsi” mövzusunda 3 aylıq müddəti əhatə edən ...Ətraflı

2017-10-11

“Demoqrafik statistikanın aktuar hesablamalarda istifadə olunması” mövzusunda təlim-tədris kursu keçirilmişdir

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə 2017-ci ilin 19-21 iyun tarixlərində “Demoqrafik statistikanın aktuar hesablamalarda istif...Ətraflı

2017-07-19

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Aktuar riyaziyyatının R proqramında əsasları” mövzusunda təlim keçirilmişdir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Aktuar riyaziyyatının R proqramında əsasları” mövzusunda 15-19 may 2017-ci il tarixlərind...Ətraflı

2017-05-19

Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəyi ilə aktuarilərə "Sığorta tariflərinin hesablanması və təsnifləşdirilməsi üzrə GLM modeli nəzəriyyədə və təcrübədə” kursu keçirilmişdir.

20-24 fevral 2017-ci il tarixlərində Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəyi ilə aktuarilərə "Sığorta tariflərinin hesablanması və təsnifləşd...Ətraflı

2017-02-24

Aktuari tədris proqramının ilk kursu olan Ehtimal nəzəriyyəsi kursunun yekun imtahanı (Exam P) keçirilmişdir.

Aktuari tədris proqramının ilk kursu olan Ehtimal nəzəriyyəsi kursunun yekun imtahanı (Exam P) keçirilmişdir. Yekun imtahanda 19 nəfər iştirak etmiş, ...Ətraflı

2017-01-28