Aktuari tədris proqramının III mərhələsi olan “Aktuar modellərin qurulması və qiymətləndirilməsi” mövzusunda kurs keçirilir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Aktuari tədris proqramına və SOA-nın (Society of actuaries) tədris proqramına uyğun olaraq 26 sentyabr 2017-ci il tarixindən həftədə 2 dəfə olmaqla Exam C-ə (Construction of Actuarial Models – Aktuar modellərinin konstruksiyası) hazırlıq kursu keçirilir.

Kursda Maliyyə Bazarlarına Nəzarət Palatasının, Qala-Həyat Sığorta Şirkətinin, Meqa Sığorta Şirkətinin, A-Qroup Sığorta Şirkətinin, Atəşgah Sığorta Qrupunun, Standard İnsurance Sığorta Şirkətinin aktuariləri və aktuar kurslarında iştirak edən digər şəxslər olmaqla 14 nəfər iştirak edir.

Kursda risk ölçüləri, aktuar modellərinin xarakteristikaları, ümumiləşmiş yeni paylanmalar, zərərlərin təsadüfi kəmiyyətinin modifikasiyası, məcmu zərər modelləri, riyazi statistika, məlumat bazasının empirik paylanması və qiymətləndirilməsi, etibarlılıq nəzəriyyəsi, hipotezlər və stoxastik simulyasiyanın əsaslarından bəhs olunur.

Kurs iştirakçıları materialları öyrənməklə, verilənlər bazasının analitik paylanma funksiyaları ilə ifadə edilməsini, azadolma, qeyri-mütənasib sığorta halları və digər müqavilə şərtləri nəzərə alınmaqla sığorta tariflərinin hesablanmasını, ömür uzunluğunun modelləşdirilməsini, müxtəlif formalı təkrarsığorta məhsullarının qiymətlərinin hesablanmasını, sığorta risklərinin qiymətləndirilməsini, sığortaçılarda ödəmə qabiliyyətinin hesablanmasını və iş prosesində lazımlı olan digər hesablamaları aparmaq üçün biliklərə yiyələnəcəklər.

2017-10-11

Azərbaycan aktuariləri “International Congress of Actuaries 2018”də iştirak etmiş və görüşlər keçirmişlər

Azərbaycan aktuariləri 03-08 iyun 2018-ci il tarixində Almaniyanın Berlin şəhərində Beynəlxalq Aktuarilər Assosiasiyası tərəfindən 4 ildə bir dəfə təş...Ətraflı

2018-06-12

Azərbaycan aktuarisinin formulu MY ICA 2018 FORMULA yarışının ən yaxşısı seçildi.

Berlində təşkil olunacaq ICA 2018 (Aktuarilərin Beynəlxalq Konqresi 2018) tədbirinin MY ICA 2018 FORMULA yarışında ölkəmizi təmsil edən Dilarə Əsədova...Ətraflı

2018-04-28

Aktuari tədris proqramının III mərhələsi olan “Aktuar modellərin qurulması və qiymətləndirilməsi” mövzusunda kurs keçirilir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Aktuar modellərin qurulması və qiymətləndirilməsi” mövzusunda 3 aylıq müddəti əhatə edən ...Ətraflı

2017-10-11

“Demoqrafik statistikanın aktuar hesablamalarda istifadə olunması” mövzusunda təlim-tədris kursu keçirilmişdir

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə 2017-ci ilin 19-21 iyun tarixlərində “Demoqrafik statistikanın aktuar hesablamalarda istif...Ətraflı

2017-07-19

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Aktuar riyaziyyatının R proqramında əsasları” mövzusunda təlim keçirilmişdir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Aktuar riyaziyyatının R proqramında əsasları” mövzusunda 15-19 may 2017-ci il tarixlərind...Ətraflı

2017-05-19