Aktuari ehtimal metodları tətbiq edərək statistik məlumatların təhlili, maliyyə proqnozlarının verilməsi, risklərin qiymətləndirilməsi, sığorta və təkrarsığorta tariflərinin hesablanması, sığorta ehtiyatlarının, maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin, habelə investisiya risklərinin qiymətləndirilməsi məsələləri ilə məşğul olan mütəxəssisdir. İnkişaf etmiş maliyyə bazarlarında aktuarilər ən əhəmiyyətli funksiyalara malik və ən yüksək qiymətləndirilən ekspertlərdən hesab olunan mütəxəssisdir. Aktuarilər həmçinin biznes, maliyyə və sosial sahədə mürəkkəb problemlərin həlləri, analizi və toplanması üçün riyazi metodlardan istifadə etməklə fərdi
və kooperativ riskləri qiymətləndirir, əsaslanmış sığorta və pensiya sxemlərini maliyyə cəhətdən inkişaf etdirir. Aktuari riyaziyyat, iqtisadi, maliyyə, ehtimal, statistik və biznes biliklərindən müəyyən hadisələrin risklərinin proqnozlaşdırılması və risklərin qiymətini minimallaşdıran polislərin formalaşdırılması üçün istifadə edir. Bu səbəbdən aktuari sığorta və təkrarsığorta sahələri üçün zəruridir.
Aktuari ölüm, xəstəlik, qəza, əlillik və ya əmlak itkisi kimi hadisələrin baş verməsi ehtimalını və mümkün dəyərini qiymətləndirmək üçün
statistik informasiya toplayır və təhlil edir. Aktuari, həmçinin tələb olunan pensiya gəlirləri ilə pensiya ödənişlərinin səviyyəsini və investisiya gəlirlərini maksimallaşdırmaq üçün ehtiyatların
investisiya yolları kimi məsələləri öyrənir. Aktuarilər öz biliklər toplusundan istifadə etməklə sığorta polislərinin, pensiya planlarının və başqa maliyyə strategiyalarının dizayn və qiymət məsələlərinə bu planların etibarlı maliyyəyə əsaslanması məqsədilə kömək edir.
Aktuari sığorta tariflərini və sığorta ehtiyatlarını hesablayır, ölüm və başqa ehtimallara əsaslanan modellər qurur.
Müasir anlamda «aktuari» ixtisasının mənbəyi ilk həyat sığortası təşkilatında elmi cəhətdən əsaslandırılmış sığorta haqlarının hesablanması tələbinin yaranması ilə əlaqədardır. İlk aktuar firması 1762-ci ildə Böyük Britaniyada yaradılıb. Sonrakı illərdə bazarın tələbləri belə firmaların sayının sürətlə artmasına səbəb olub. Bu proses aktuari ixtisaslı təşkilatın yaradılması zərurətinin başa düşülməsi ilə nəticələndi. Beləliklə, Londonda aktuarilər institutu (1848) və Edinburqda aktuarilər fakültəsi (1856) yarandı.

Aktuari tədris proqramının III mərhələsi olan “Aktuar modellərin qurulması və qiymətləndirilməsi” mövzusunda kurs keçirilir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Aktuar modellərin qurulması və qiymətləndirilməsi” mövzusunda 3 aylıq müddəti əhatə edən ...Ətraflı

2017-10-11

“Demoqrafik statistikanın aktuar hesablamalarda istifadə olunması” mövzusunda təlim-tədris kursu keçirilmişdir

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə 2017-ci ilin 19-21 iyun tarixlərində “Demoqrafik statistikanın aktuar hesablamalarda istif...Ətraflı

2017-07-19

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Aktuar riyaziyyatının R proqramında əsasları” mövzusunda təlim keçirilmişdir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Aktuar riyaziyyatının R proqramında əsasları” mövzusunda 15-19 may 2017-ci il tarixlərind...Ətraflı

2017-05-19

Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəyi ilə aktuarilərə "Sığorta tariflərinin hesablanması və təsnifləşdirilməsi üzrə GLM modeli nəzəriyyədə və təcrübədə” kursu keçirilmişdir.

20-24 fevral 2017-ci il tarixlərində Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəyi ilə aktuarilərə "Sığorta tariflərinin hesablanması və təsnifləşd...Ətraflı

2017-02-24

Aktuari tədris proqramının ilk kursu olan Ehtimal nəzəriyyəsi kursunun yekun imtahanı (Exam P) keçirilmişdir.

Aktuari tədris proqramının ilk kursu olan Ehtimal nəzəriyyəsi kursunun yekun imtahanı (Exam P) keçirilmişdir. Yekun imtahanda 19 nəfər iştirak etmiş, ...Ətraflı

2017-01-28