Azərbaycan Aktuariləri haqqında

Azərbaycan Aktuariləri aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

  1. Azərbaycan Respublikasında fəaliyyət göstərən sığorta (təkrarsığorta) təşkilatlarına, banklara, təqaüd fondlarına və s. maliyyə təşkilatlarına aktuari xidməti göstərəcək fiziki şəxslərin hazırlanması üçün aktuar kurslarının keçirilməsi və həmin şəxslərin sertifikatlaşdırılması;
  2. statistika məlumatlarının təhlili üzrə sığorta (təkrarsığorta) təşkilatlarına, banklara, təqaüd fondalarına və s. maliyyə təşkilatlarına xidmətlərin göstərilməsi;
  3. sığorta tariflərinin, sığorta ehtiyatlarının, sığorta olunanlara verilən ssudaların və alış məbləğlərinin hesablanması, həmçinin belə hesablamalarla bağlı məsləhətlərin və tövsiyyələrin verilməsi üzrə sığorta (təkrarsığorta) təşkilatlarına xidmətlərin göstərilməsi;
  4. sığorta (təkrarsığorta) təşkilatları tərəfindən hazırlanmış sığorta qaydalarının şərtlərinin iqtisadi əsaslandırılmasının qiymətləndirilməsi üzrə xidmətlərin göstərilməsi;
  5. sığorta (təkrarsığorta) təşkilatları maliyyə sabitliyinin və ödəniş qabiliyyətinin qiymətləndirilməsi üzrə xidmətlərin göstərilməsi;
  6. sığorta (təkrarsığorta) təşkilatları tərəfindən aparılacaq təkrarsığorta əməliyyatlarının əsaslandırılması və təkrarsığorta haqlarının hesablanması üzrə xidmətlərin göstərilməsi;
  7. hesablamaların aparılması ilə bağlı banklara, təqaüd fondlarına və s. maliyə təşkilatlarına xidmətlərin göstərilməsi;
  8. bankların, təqaüd fondlarının və s. maliyyə təşkilatlarının investisiya fəaliyyəti ilə bağlı məsləhətlərin və tövsiyyələrin verilməsi üzrə xidmətlərin göstərilməsi;
  9. qiymətli kağızlar bazarında risklərin qiymətləndirilməsi üzrə xidmətlərin göstərilməsi;

Hazırda Azərbaycanda 40-dək aktuari var.

Aktuari tədris proqramının III mərhələsi olan “Aktuar modellərin qurulması və qiymətləndirilməsi” mövzusunda kurs keçirilir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Aktuar modellərin qurulması və qiymətləndirilməsi” mövzusunda 3 aylıq müddəti əhatə edən ...Ətraflı

2017-10-11

“Demoqrafik statistikanın aktuar hesablamalarda istifadə olunması” mövzusunda təlim-tədris kursu keçirilmişdir

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə 2017-ci ilin 19-21 iyun tarixlərində “Demoqrafik statistikanın aktuar hesablamalarda istif...Ətraflı

2017-07-19

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Aktuar riyaziyyatının R proqramında əsasları” mövzusunda təlim keçirilmişdir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Aktuar riyaziyyatının R proqramında əsasları” mövzusunda 15-19 may 2017-ci il tarixlərind...Ətraflı

2017-05-19

Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəyi ilə aktuarilərə "Sığorta tariflərinin hesablanması və təsnifləşdirilməsi üzrə GLM modeli nəzəriyyədə və təcrübədə” kursu keçirilmişdir.

20-24 fevral 2017-ci il tarixlərində Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəyi ilə aktuarilərə "Sığorta tariflərinin hesablanması və təsnifləşd...Ətraflı

2017-02-24

Aktuari tədris proqramının ilk kursu olan Ehtimal nəzəriyyəsi kursunun yekun imtahanı (Exam P) keçirilmişdir.

Aktuari tədris proqramının ilk kursu olan Ehtimal nəzəriyyəsi kursunun yekun imtahanı (Exam P) keçirilmişdir. Yekun imtahanda 19 nəfər iştirak etmiş, ...Ətraflı

2017-01-28